XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2019 - 10:12

Tacikistan hökuməti qərar verdi:Suriyada qaçqın düşərgələrində yaşayan tacik qadınlarını və uşaqlarını vətənə qaytarır

Tacikistan hökuməti Suriyada qaçqın düşərgələrində ağır vəziyyətdə yaşayan tacik qadınlarının və uşaqlarının vətənə qaytarılması istiqamətində iş aparır.

Azərtac Tacikistan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, ölkənin diplomatları bu məsələ ilə bağlı Suriyada yüksəkvəzifəli məmurlarla görüşüb, düşərgələrdəki taciklərin sayının və şəxsiyyətlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı məlum olub ki, düşərgələrdə 575 tacik və onların uşaqları yaşayır. Bu insanların da təxminəm 90-ı qadın, 200-ü qız, 240-ı oğlandır,134 uşaq son iki il ərzində dünyaya gəlib. Uşaqların arasında ata və anasını itirənlər də çoxdur.

BMT ekspertlərinin rəyinə görə, tacik qadınlarının və uşaqlarının əksəriyyəti “AL-Hol” düşərgəsində çox ağır və acınacaqlı vəziyyətdə yaşayır, aclıqdan və xəstəlikdən tələf olurlar.

Bir neçə ay əvvəl Tacikistan hökuməti 84 qadını və uşağı İraqdan vətənə qaytarıb.

Xatırladırıq ki, Tacikistan hökumətinin rəyinə görə, 2014-cü ildən indiyədək 1900 tacik ölkəni tərk edərək İraq və Suriya ərazisindəki İŞİD qruplaşmasına qoşulub və bu da nəticəsi.