XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

09 Oktyabr 2019 - 10:41

ABŞ Senatı Rusiyaya qarşı hesabat açıqlayıb

ABŞ Senatının Kəşfiyyat komitəsi Rusiya sosial şəbəkələrinin amerikalıların ictimai rəyinə təsiri barədə hesabat dərc edib.

Hesabatın müəllifləri hesab edirlər ki, Kremlin dəstəklədiyi və “troll fabriki” deyilən qurum Donald Trampın populyarlığını artırmaqla, Hillari Klintonun namizədliyini gözdən salmağa çalışıb.

Beləliklə, Senatın hesabatı ABŞ kəşfiyyat icmasının gəldiyi nəticəni təsdiqləmiş olur.

ABŞ Senatının oktyabrın 8-də açıqlanmış hesabatında deyilir ki, Rusiya “İnternet Araşdırmaları Mərkəzinin” ABŞ seçkisinə müdaxiləsi indiyədək davam edən informasiya müharibəsinin bir hissəsidir.

Hesabatda deyilir ki, bu müdaxilənin təşəbbüskarlarının məqsədi Amerikanın siyasi və ictimai icmasında ixtilaf toxumu səpmək olub.

Konqresdəki iki əsas partiyanın hesabatındakı məlumatların ABŞ-ın digər qurumlarının nəticəsi ilə üst-üstə düşməsi Rusiyanın Trampın seçki qələbəsinə kömək etməsi barədə ABŞ kəşfiyyatının gəldiyi nəticələri daha da gücləndirmiş olur.

Sankt Peterburqda yerləşən İnternet Araşdrımaları Mərkəzinin sahibi olaraq Kremlə yaxınlığı ilə tanınan Yevgeni Priqojının adı çəkilir.

Bu quruma qarşı ABŞ seçkisinə Rusiyanın mümkün müdaxiləsini araşıdran xüsusi prokuror Robert Muller cinayət işi qaldırıb.

ABŞ Priqojın də daxil “troll fabriki” ilə əlaqədar olan bir neçə hüquqi və fiziki şəxsə qarşı cinayət işi qaldırıb. (azadliq.org)