XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2019 - 11:55

İran Haaqa beynəlxalq ədalət məhkəməsinə müraciət edəcək- Bu tələblə

Nüvə sazişindən birtərəfli qaydada çıxaraq İrana vurduğu maddi zərərə görə Amerika məhkəmə qarşısında cavab verməlidir.

Bu sözləri İranın hüquq məsələləri üzrə vitse-prezidenti Layiə Cüneydi deyib.

O bildirib ki, hazırda İrana dəyən ziyanın miqdarı hesablanır. Bu işlər başa çatandan sonra sənədlər BMT-nin Haaqa şəhərindəki beynəlxalq ədalət məhkəməsinə təqdim ediləcək.

Vitse-prezident diqqətə çatdırıb ki, ABŞ beynəlxalq qanunları pozduğuna görə mühakimə olunmalıdır. Məhkəmə məsələyə hüquqi qiymət verməlidir.

Xatırladaq ki, ötən il İranın müraciətinə baxan Haaqa beynəlxalq ədalət məhkəməsi sanksiyaların qanunsuz olması haqqında qərar qəbul etmişdi. Qərarda xüsusi qeyd olunmuşdu ki, İranın səhiyyə sahəsinə tətbiq olunan sanksiyalar qanunsuz olmaqla yanaşı, həm də anti-humanist xarakter daşıyır. Məhkəmə ABŞ-dan tələb etmişdi ki, səhiyyə sisteminə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılsın. Lakin ABŞ beynəlxalq məhkəmənin qərarını yerinə yetirməyib.

Məhkəmə bu dəfə də İranın lehinə qərar qəbul etsə çətin ki, ABŞ onun tələblərini yerinə yetirsin. İranın hüquqşünasları qeyd edirlər ki, ABŞ beynəlxalq məhkəmənin qərarını onsuz da yerinə yetirməyəcək. Lakin dünya ictimaiyyəti bir daha şahid olacaq ki, Birləşmiş Ştatlar ədalətsiz siyasət yürüdür(azərtac).