XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 October 2019 - 21:32

Türkiyənin Suriya sərhədinə yaxın məktəblərində iki günlük tətil elan edilib- Bu səbəbdən

Türkiyənin Şanlıurfa şəhərinin Suriya sərhədinə yaxın dörd rayonunda yerləşən məktəblərdə iki günlük tətil elan edilib.

Tətil Şanlıurfanın Akçakale, Ceylanpınar və Suruç rayonlarında yerləşən bütün məktəblərə, Birecik rayonunun isə sərhədə daha yaxın olan təhsil ocaqlarına şamil olunub.

Qeyd edək ki, təhsilə ara verilən məktəblər Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində başladılan “Barış pınarı” antiterror əməliyyatının aparıldığı bölgəyə yaxın ərazilərdə yerləşir.