XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 08:05

“İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq” – [color=red]Səudiyyədən önəmli neft açıqlaması

"OPEK və qeyri-OPEK ölkələrin əməkdaşlıq etməsi şəraitində Səudiyyə Ərəbistanı neft bazarını idarə etməyə hazırdır".

Strateq.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə OPEK-dəki mənbə Səudiyyə Ərəbistanının “Əl-Həyat” qəzetinə bildirib.

“İranın bazara verə biləcəyi neftin miqdarı növbəti 2 ayda da bəlli olmayacaq”, – mənbə əlavə edib.

Xatırladaq ki, ötən həftə Rusiyanın energetika sahəsində çalışan rəsmi şəxslərinin Səudiyyə Ərəbistanından neft istehsalı haqqında təkliflər gəldiyi və Səudiyyə rəsmilərinin görüşməyə hazır olduqları barədə açıqlamalarından sonra “qara qızılın” qiymətləri yüksəlmişdi.

OPEK-dəki mənbə onu da vurğulayıb ki, İran üzərindən sanksiyaların qaldırılmasından sonra, bu ölkənin bazara təqdim edəcəyi neftin miqdarı məlum olmadığı üçün OPEK-in fövqəladə iclas keçirməsi hələ tezdir.

Qeyd edək ki, OPEK neftin qiymətində baş verən kəskin enmə nəticəsində Venesuelanın nəğd pul ilə bağlı sıxıntısı ilə əlaqədar fövqəladə iclas keçirilməsini dəyərləndirir.