XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

10 Oktyabr 2019 - 20:36

Avropa Komissiyası Polşanı yenidən məhkəməyə verib –Səbəb

Avropa Komissiyası (AK) Avropa Ədliyyə Məhkəməsində Polşaya qarşı daha bir iddia qaldırıb.

TASS xəbər verir ki, iddia müəlliflərinə görə, Polşadakı məhkəmə islahatında hakimlərə qarşı nəzərdə tutulan intizam tədbirləri ölkə məhkəmə sisteminin müstəqilliyini zədələyə bilər və Avropa İttifaqının standartları ilə bir araya sığmır.

“Avropa Komissiyası Avropa Ədliyyə Məhkəməsində iddia qaldırmaq qərarına gəlib. İntizam Məcəlləsinin Polşa məhkəmə sisteminin müstəqilliyinə xələl gətirə biləcəyini nəzərə alaraq Avropa Komissiyası bu məsələyə dair yekun qərarın ən qısa zamanda veriləcəyinə ümidvardır”, – deyə qeyd olunduğu AK bəyanatında məhkəmə qərarı çıxanadək əvvəlkitək Polşa hökumətindən məhkəmə qanunlarını Avropa standartlarına uyğunlaşdırmağı tələb edəcəkləri da vurğulanır/Report.