XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 October 2019 - 23:45

Kuba parlamentində növbədənkənar yığıncaq:ölkənin yeni prezidenti seçildi

Kubanın Xalq Hakimiyyəti Milli Məclisi  yeni konstitusiyaya uyğun olaraq keçirdiyi növbədənkənar yığıncaqda ölkə prezidentini seçib.

Bu barədə “El Nuevo Herald” nəşri məlumat yayıb.

Səsvermədə Xalq Hakimiyyəti Milli Məclisinin 605 deputatından 575-i iştirak edib.

Səsvermənin yekun nəticəsinə əsasən Kuba Parlamentinin üzvləri Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Migel Dias-Kanel Bermudesi prezident seçib.

Xalq Hakimiyyəti Milli Məclisinin spikeri olmuş Estoban Laso Ernandes isə Dövlət Şurasının və Nazirlər Şurasının Sədri təyin edilib.

Qeyd edək ki, fevralın 24-də keçirilmiş referendumda 6,81 milyondan çox kubalı – ölkə əhalisinin səsvermə hüququ olan 73,3 faizi yeni konstitusiyaya səs veriblər/Report.