XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 12:23

NATO baş katibi Türkiyəyə gedib

NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri başlayıb. 

Məlumatı “Sabah” yayıb.

Baş katib Türkiyənin Suriyanın şimalında keçirdiyi “Barış pınarı” (“Sülh bulağı”) antiterror əməliyyatına dəstək verdiyini bildirib: “Türkiyənin təhlükəsizlik problemi var. Bu ölkə qorxunc terror hücumlarına məruz qalıb”.

Y.Stoltenberq Türkiyənin fəaliyyətinin ölçülü-biçili olacağına, mülayim davranacağına inandığını bildirərək, rəsmi Ankaranı məsuliyyətli davranmağa çağırıb.

Qeyd edək ki, Y.Stoltenberq oktyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək. (report)