XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 15:45

Pompeonun baş müşaviri istefa verib –KİV

ABŞ dövlət katibi Mayk Pompeonun baş müşaviri Maykl Makkinli istefa verib. 

Bu barədə “The Wall Street” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, M. Makkinli dövlət katibi M. Pompeonun Ukrayna hakimiyyətinə təzyiq iddiasında adı hallanan və ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı ifadə verməyə çağırılan diplomatlara kifayət qədər dəstək verməməsindən məyus olduğunu bildirib.

O, ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin istefasından ciddi şəkildə narahat olub.

M. Makkinli Ukrayna məsələsi ilə birbaşa əlaqəli şəxs olmayıb. O, müxtəlif dövrlərdə ABŞ-ın Əfqanıstan, Kolumbiya, Peru və Braziliyadakı səfiri kimi çalışıb. Son dövrlərdə M. Makkinli Venesuela, Meksika və Əfqanıstan məsələləri ilə məşğul olub. (apa)