XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 21:35

“Əməliyyatlar terrorçular zərərsizləşdirilənədək davam edəcək” –Çavuşoğlu

Türkiyənin Suriyanın şimal-şərqində “Suriya Demokratik Qüvvələri”nin döyüşçülərinə qarşı hərbi əməliyyatları cümə günü də davam edib.

Partlayışlardan qalxan tüstünü Suriyanın sərhəddə yerləşən Təl Əbyad şəhərinin üzərində görmək olub.

Türkiyə qurudan və havadan hücumlara Birləşmiş Ştatlar prezidenti Donald Tramp Amerika qüvvələrini sərhəd bölgəsindən çıxardıqdan sonra başlayıb.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu hərbi əməliyyatların “terrorçular zərərləşdirilənədək” davam edəcəyini bildirib.

Türkiyənin Birləşmiş Ştatların müttəfiqi kürdlərin “Suriya Demokratik Qüvvələri”nə qarşı həyata keçirdiyi hücumlar minlərlə insanın yaşadıqları yerləri tərk etməsinə, onlarla insanın ölməsinə səbəb olub. (amerikaninsesi.org)