XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

11 Oktyabr 2019 - 21:52

“ABŞ-ın BMT TŞ-nin qərarına veto qoyması ilə bugünkü düşüncələri üst-üstə düşmür” –Türkiyəli diplomat

“Rəsmi ABŞ-ın Türkiyə ilə bağlı dünənki addımı ilə bugünkü düşüncələri uyğun gəlmir. Bugünkü davranış Donald Trampın da ciddi təhdid altında olduğunu göstərir”.

Türkiyə mediasının verdiyi xəbərə görə, bu sözləri Türk İrs Təşkilatı başçısı Əli Çinar Amerikadan canlı bağlantıyla danışarkən deyib.

Dünən ABŞ və Rusiyanın BMT Təhlükəsizlik Şuarsının Türkiyə ilə bağlı qərarına veto qoymasını diplomatik zəfər adlandıran Əli Çinar deyib ki, bu gün rəsmi ABŞ-ın Suriya mövzusunda PPK/YPG ilə hələ bərabər olduqlarını açıqlaması münasibətlərin getdikcə gərilməsini göstərir: “Bu gün rəsmi Pentaqon keçirdiyi mətbuat konfransında Türkiyənin “Barış bulağı” əməliyyatını müzakirə edərək, ABŞ-ın İŞİD terror təşkilatı ilə apardığı mübarizəyə Türkiyənin “Barış bulağı” hərəkatının maneə yaratdığını bildirməklə Türkiyəni ağır ifadələrlə qınayıblar”.

Əli Çinar bu tədbirdə ABŞ müdafiə naziri ilə baş qərargah rəisinin iştirak etdiyini deyib.

Qeyd edək ki, Türkiyə prezidentinin baş məsləhətçisi Gülnur Aybet “CNN International’a verdiyi müsahibəsində Donald Tarmpın “Barış bulağı” əməliyyatı başlamazdan öncə bu əməliyyat haqqında xəbərdar olduğunu bildirib. Gülnur Aybet eyni zamanda Avropa ölkələrindən gələn və İŞİD-ə qoşulan silahlıların mənsub olduqları ölkələrə təhvil verilməsi mövzusunda hələ “Barış bulağı” hərəkatı başlanmazdan öncə də ABŞ-la Türkiyənin fikir birliyi olduğunu deyib. (APA)