XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2019 - 11:35

ABŞ Səudiyyəyə böyük canlı qüvvə və hərbi texnika göndərəcək

ABŞ-ın müdafiə rəsmiləri bildiriblər ki, Vaşinqton Səudiyyə Ərəbistanına əlavə qoşunlar və hərbi avadanlıq göndərir.

Media xəbərlərində deyilir ki, Pentaqon Səudiyyəyə böyük canlı qüvvə, iki Patriot hava hücumundan müdafiə batareyası və Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi (THAAD) terminalı göndərməyə hazırlaşır.

Pentaqonun sözçüsü Conatan Hoffman deyib ki, əlavə canlı qüvvəyə 3 min əsgər daxildir.

Qoşun və hərbi texnikanın göndərilməsi üçün dəqiq vaxt cədvəli açıqlanmayıb.

Bundan əvvəl ABŞ rəsmiləri Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqi Səudiyyə Ərəbistanına daha kiçik qoşun birləşməsi göndəriləcəyini bildirmişdilər.

Lakin sentyabrın 14-də Səudiyyənin neft qurğularına raket və dron hücumlarından sonra ABŞ kontingentin genişləndirilməsi qərarına gəlib.

ABŞ bu hücumlara görə İranı ittiham edib. Səudiyyə də hücumun arxasında İranın durmasını bəyan etsə də, raketlərin İran ərazisindən atılıb-atılmadığını dəqiqləşdirə bilməyib.

Həmin hücuma görə məsuliyyəti öz üzərlərinə İranın Yəməndə dəstəklədiyi huti şiə qiyamçıları götürmüşdülər.

Bir çox müşahidəçilər Yəməndə davam edən vətəndaş münaqişəsini İran və Səudiyyə arasında təmsili müharibə hesab edirlər. (azadliq.org)