XƏBƏR LENTİ

15 Noyabr 2019
14 Noyabr 2019

Digər Xəbərlər

12 Oktyabr 2019 - 23:48

“Barış pınarı”:Suriyada 459 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 459 terroçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.