XƏBƏR LENTİ

14 Noyabr 2019
13 Noyabr 2019

Digər Xəbərlər

13 Oktyabr 2019 - 11:10

“Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəyik” –Terrorçuların lideri indi də ABŞ-ı hədələyir

Suriyadakı kürd terrorçu qruplaşmasının komandanı Məzlum Abdi bəyan edib ki, əgər Birləşmiş Ştatlar Türkiyənin hücumlarının dayandırılmasına kömək etməsə, onlar Bəşər Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəklər.

Bu barədə «CNN» kanalı xəbər verib.

Abdi qeyd edib ki, onun Türkiyəyə qarşı düşmənçilik niyyəti yoxdur və onlarla razılığa gəlmək istəyir.

O, eyni zamanda Amerika Birləşmiş Ştatlarını (ABŞ) xəyanətdə və mənəviyyatsız davranışda günahlandırıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti Türkiyənin Suriyada bu cür miqyaslı əməliyyat aparacağını gözləmirdi.

Xatırladaq ki, oktyabrın 9-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriyada «Sülh bulağı» hərbi əməliyyatının başlandığını elan edib. Ankara bildirib ki, bu əməliyyat terrorçu kürd fəhlə partiyasına (PKK) və İŞİD terrorçu qruplaşmaya qarşı aparılır.

Son məlumata görə, əməliyyat nəticəsində 480 terrorçu zərərsizləşdirilib. /Azpolitika.info