XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2019 - 09:00

“Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb” –Tramp

Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, razılaşmanın şərti 3-4 həftə sonra imzalancaq sazişi gözləmədən Çinin böyük miqdarda ABŞ-ın kənd təsərrüfatı məhsullarını alması olub: “Çin bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb”.

ABŞ prezidenti razılaşmanın irimiqyaslı ilk fazasını başa çatdırmağı və danışıqların ikinci mərhələsinə başlamağı söz verib.