XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 09:23

“Türkiyənin Suriyadakı hərbi əməliyyatları yüz minlərlə insanı didərgin salıb” –BMT

BMT .Suriyanın kürdlərin nəzarətində olan bölgələrə qarşı Türkiyənin hərbi əməliyyatlarının yüz minlərlə insana təsiri barədə xəbərdarlıq edib.

Bildirilib ki, artıq 130 minə yaxın adam evindən didərgin düşüb. Onların əksəriyyəti ya qohumlarının evinə, ya da sığınacaqlara yerləşdirilib.

Təşkilat gələb bir neçə ay ərzində 400 min insanın sığınacaqlar üçün müraciət edəcəyini bildirib. Belə ki, insanlara yardım çatdırmaq məhdudiyyətlərlə üzləşib.

Türkiyə qurudan və havadan hücumlara Birləşmiş Ştatlar prezidenti Donald Tramp Amerika qüvvələrini sərhəd bölgəsindən çıxardıqdan sonra başlayıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi əməliyyatların “terrorçular zərərləşdirilənədək” davam edəcəyini bildirib.

Türkiyənin Birləşmiş Ştatların müttəfiqi kürdlərin “Suriya Demokratik Qüvvələri”nə qarşı həyata keçirdiyi hücumlar minlərlə insanın yaşadıqları yerləri tərk etməsinə, onlarla insanın ölməsinə səbəb olub.

Türkiyə və suriyalı üsyançı müttəfiqləri Suriyanın şimal-şəqrində hərbi əməliyyata oktyabrın 9-da başlayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, hücumun məqsədi Türkiyənin cənub sərhədində “terror dəhlizini” aradan qaldırmaqdır.

Ərdoğan deyib ki, “Sülh Bulağı Əməliyyatı” adlanan hücumun hədəfi Suriyanın YPG yarı-hərbi dəstəsi və İslam Dövləti militantlarının yaratdığı təhlükəni aradan qaldırmaq, habelə ərazidə “təhülkəsizlik zonasının” yaranmasından sonra Türkiyədəki suriyalı qaçqınların geri dönmələrinə imkan yaratmaqdır.

Döyüşlərdə tərəflər çoxsaylı itki verib.

Bu arada, Türkiyə hərbçiləri hərbi əməliyyatların 4-cü günündə Suriyanın sərhəd şəhəri olan Ras əl-Əyn şəhər mərkəzinin nəzarətə götürldüyünü bildirir.

Ankara Suriyanın 30 kilometr dərinliyində “təhlükəsiz zona” yaratmaq, Suriya ilə sərhədini terrorçu saydığı kürd döyüşçülərdən təmizləmək istədiyini deyir.

Bu zonada 2 milyon suriyalı qaçqının yerləşdiriləcəyi vurğulanır. Hazırda Türkiyədə 3,6 milyon suriyalı qaçqın yaşayır. (amerikaninsesi.org)