XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 18:31

Lavrovdan Ankaraya xəbərdarlıq: [color=red]”Rusiya-ABŞ memorandumuna riayət etməlidir”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyəyə xəbərdarlıq edib.

Türkiyə mediası xəbər verir ki, Lavrov Suriyanın hava məkanında yaşana biləcək hadisələrin qarşısının alınması üçün Ankaranın Rusiya və ABŞ arasındakı memoranduma əməl etməli olduğunu söyləyib.

“ABŞ-ın liderlik etdiyi beynəlxalq koalisiyaya üzv olan bütün ölkələr Suriyanın hava məkanında baş verə biləcək hadisələrin qarşısının alınması üçün Rusiya-ABŞ memorandumuna riayət etməlidir. Bu, əlbəttə, Türkiyəni də maraqlandırır”, – Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə rəsmi səfərdə olan Lavrov deyib(Publika.az).