İrandan 4 milyon zəvvarın İraqın Kərbəla şəhərinə keçməsi üçün 4 sərhəd buraxılış məntəqəsi fəaliyyət göstərir.
“Tasnim” xəbər verir ki, bunu İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, “Ərbəin” (“İmamın 40”ı) Mərasimi qərargahının rəisi Hüseyn Zülfiqari bildirib.
Onun sözlərinə görə, 3 milyon zəvvar İranın İlam əyalətinin Mehran şəhərindən İraq ərazisinə artıq keçib.
Qərargah rəisi qeyd edib ki, zəvvarların İraqda ziyarət etməsi üçün təhlükəsizliklə bağlı problemi yoxdur. (Report)