XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2019 - 13:07

Suriya kürdləri Dəməşqlə razılaşma əldə edir –Suriya ordusu Suriya-Türkiyə sərhədində yerləşəcək

Suriya kürdləri oktyabrın 13-də Dəməşq hökumətilə anlaşma əldə etdiklərini bildiriblər.

“Frans Pres” agentliyi yazır ki, kürdlər Suriya hökumətilə sövdələşməni hücumu dayandırmaqdan ötrü lazımlı addım hesab edirlər.

“Bu təcavüzü önləmək və dayandırmaq üçün Suriya hökuməti ilə razılaşma əldə olunub… Suriya ordusu Suriya-Türkiyə sərhədində yerləşərək Suriya Demokratik Qüvvələrinə (SDF) kömək edəcək”, – kürd administrasiyası bəyanatında bildirib.

Bundan öncə isə Suriyanın SANA dövlət xəbər agentliyi bildirib ki, ordu “Türkiyənin təcavüzünü önləmək üçün” şimala hərbçilər göndərir.

“Foreign Policy” dərgisində SDF rəhbəri Mazlum Abdi yazır: “Kompromis ilə xalqımızın soyqırımı arasında seçim etməli olsaq, əlbəttə ki, xalqımızın həyatını seçəcəyik”.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bazar günü münaqişə zonasında azı 26 dinc sakinin öldürüldüyünü bildirib. İndiyədək sərhədin Suriya hissəsində azı 60 dinc sakin həyatını itirib. Türkiyə isə kürdlərin bombardmanı nəticəsində 18 dinc sakinin öldürüldüyünü bildirir. (azadliq.org)