XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Fevral 2016 - 05:30

Yaponiya ordusu [color=red]döyüşə hazır vəziyyətə gətirildi
yapon ordusu

Yaponiyanın Müdafiə naziri Qen Nakatani Şimali Koreyanın raket buraxmaq planı ilə əlaqədar Silahlı Qüvvələrin  döyüşə tam hazır vəziyyətdə gətirilməsinə dair əmr verib.  

“Baş verə biləcək istənilən hadisəyə reaksiya verməyə tam hazır olmalıyıq. Şimali Koreya BMT-nin qətnamələrinə ciddi şəkildə riayət etməlidir”, deyə nazir bildirib.  

Qeyd edək ki, ötən gün rəsmi Pxenyan orbitə peyk buraxmaq planı barədə Beynəlxalq Dəniz Təşkilatını və Beynəlxalq Telekommunikasiya İttifaqını məlumatlandırıb. Peykin orbitə buraxılışı fevralın 8-dən 25-dək planlaşdırılır.