XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 18:26

İstanbulda yenə zəlzələ oldu –Əhali təşviş keçirdi

İstanbulda bu gün yenə zəlzələ baş verib.

Trend-in məlumatına görə, təkanlar 3,1 bal gücündə olub.

Zəlzələ şəhərin Silivri rayonunda qeydə alınıb. Məlumata görə, təkan böyük olmasa da, əhali təşviş keçirib, insanlar evlərini tərk edərək küçələrə çıxıblar.

Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb.

Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ olmuşdu. Təbii fəlakət nəticəsində 473 binaya ziyan dəymişdi.