XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

14 Oktyabr 2019 - 23:24

Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub

Tunisin Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səidin qələbəsini təsdiqləyib.

Bu barədə AFP xəbər verir.

“Səid Tunisdə prezident seçkilərində 72,71% səslə qalib gəldi”, – agentlik yazır.

Oktyabrın 13-də bildirilirdi ki, Səid Tunisdə prezident seçkilərində qələbə qazanıb. “Exit poll”un nəticələrində də prezident seçkilərində müstəqil namizəd Kais Səidin qalib gəldiyi bildirilirdi. “Sigma Conseil” şirkətinin keçirdiyi rəy sorğularında qeyd edilirdi ki, professor 76,9% seçisi səsi toplayıb.

Ötən gün Tunisdə prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilib. (Report)