XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 00:15

“Kürdlərlə PKK terror təşkilatını eyni tutmaq kürdlərə həqarətdir” –Çavuşoğlu

Dünyada siyasətçilərin populizmə yuvarlandığını görürük. Bu baxımdan, media cəmiyyəti maarifləndirməlidir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Beynəlxalq Media Konfransında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu vurğulayıb ki, son 5 gündür Suriyanın şimalında Türkiyəyə təhdid yaradan YPG/PKK terror təşkilatına qarşı müharibə aparılır: “Kürdlərlə PKK terror təşkilatını eyni tutmaq kürdlərə həqarətdir. Kürdlər də barış istəyir. Kürdlərlə PKK-nı bir tutmamaq lazımdır. Avropa və digərlərinin fərqli mövqelərini görürük. Məqsəd Suriyanın şimalında bir terror təşkilatı yaratmaq, bununla İranın önünü kəsmək və Türkiyədə qeyri-sabitlik yaratmaqdır. Bəzilərinin terror dövləti qurmaq istədiklərini bilirik və onlar böyük bir oyunu pozduğumuz üçün narahatdırlar. Bu mübarizəni bu gün aparmasaydıq, sabah mübarizə çətin olacaq, bəlkə də mümkün olmayacaqdı. Bu terrorla indiki mübarizə həyati dərəcədə önəmlidir. Kimsə bizə dərs verməyə çalışmasın. Əsgərimizin həssaslığını bütün dünya görür. Biz həssas olmasaydıq, 4 milyon qaçqını ölkəmizdə saxlamazdıq. Kimsə bizi bölgədə demoqrafik durumu dəyişdirməkdə də ittiham edə bilməz. YPG/PKK ən çox oradakı kürdlərə zülm edib. Son nəticədə də Suriyanın ərazi bütövlüyü qorunacaq. Biz terrorçuları təmizləyənə qədər əməliyyatlara davam eldəcəyik”.