XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 10:45

“Mən Türkiyənin iqtisadiyyatını dağıtmağa tamamilə hazıram” –Tramp

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoğanla telefon söhbətində Suriyada dərhal atəşkəsə çağırıb.

Bunu vitse-prezident Mayk Pens deyir.

Pensin sözlərinə görə, Tramp Ərdoğanla telefonda sərt danışıb. Vitse-prezident böhranda vasitəçilik üçün tezliklə regiona səfər edəcəyini bildirib.

“Amerika Birləşmiş Ştatları Türkiyənin Suriyanı bundan artıq işğal etməsinə sadəcə dözməyəcək. Türkiyəni dayanmağa, zorakılığa son qoymağa və danışıqlar masasına oturmağa çağırırıq”, – Pens jurnalistlərə deyib. Xəbəri “Reuters” yayıb.

Suriyada bir neçə gündür aparılan əməliyyat zamanı 160 mindən çox dinc sakinin evindən didərgin düşdüyü bildirilir.

***

ABŞ prezidenti Donald Tramp tezliklə Türkiyə rəsmilərinə qarşı sanksiyaların qoyulması üçün fərman imzalayacağını deyib.

O habelə bildirib ki, Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatlara görə Ankara ilə 100 milyard dollarlıq ticarət razılaşmasına dair danışıqar dayandırılacaq və Türkiyə poladına 50 faizlik rüsum qoyulacaq.

Tramp oktyabrın 14-də verdiyi bəyanatda bildirib:

“Türkiyə liderləri bu qorxulu və dağıdıcı yoldan çəkilməsələr mən tez bir zamanda Türkiyənin iqtisadiyyatını məhv etməyə tamamilə hazıram”. (azadliq.org)