XƏBƏR LENTİ

12 Noyabr 2019
11 Noyabr 2019

Digər Xəbərlər

15 Oktyabr 2019 - 13:06

Aİ Şurası:"Avropa "Brexit"in təxirə salınması məsələsinə baxmağa hazır olmalıdır"

Böyük Britaniyanın Avropa İtifaqından çıxışı ilə bağlı şərtlərdə razılıq əldə olunması şansı qalsa da, Aİ “Brexit” tarixinin ikinci dəfə təxirə salınmasını nəzərdən keçirməyə hazır olmalıdır.

RİA “Novosti” xəbər verir ki, bu barədə Aİ Şurasına Finlandiya sədrliyinin nümayəndəsi “Brexit” məsələsinə baxılacaq Aİ ölkələri Nazirlər Şurasının iclasından əvvəl bildirib.

“Bütün mümkün ssenarilərə hazır olmalıyıq. Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Amma razılaşmanın olmamasına, eləcə də yeni təxirəsalma məsələsinə də hazır olmalıyıq”, – deyə o, qeyd edib.

Eyni zamanda təxirəsalınma məsələsi çərşənbə axşamı Nazirlər Şurasında müzakirə edilməyəcək.

Nümayəndənin sözlərinə görə, Aİ ölkələrinin liderləri bu həftə sammitdə mümkün təxirəsalmanı qiymətləndirəcəklər, lakin bunun üçün Britaniyadan sorğu gəlməlidir.

Qeyd edək ki, dünən Böyük Britaniya kraliçası II Elizabet hökumətin Aİ-nin tərkibindən oktyabrın 31-də çıxacağını bildirib/Report.