XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2019 - 21:13

Kataloniya 319 milyon avro itirib- Müstəqillik haqqında referendumdan sonra

Turizmdə Böyük Nailiyyətlər Biznes Alyansının (Exceltur)hesablamalarına görə, sazişsiz “Breksit” İspaniya turizminə 1,407 milyard avroya başa gələcək.

Azərtac xəbər verir ki, “Exceltur”un icraçı vitse-prezidenti Xose Luis Zoredanın sözlərinə görə, Ali Məhkəmənin Kataloniya liderləri barəsində dünənki hökmü turizmə xeyli təsir göstərəcək. X.Zoreda xatırladıb ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında qanunsuz referendumun keçirilməsi beş ayda 319 milyon avro itirilməsinə gətirib çıxarıb, region təqribən 185 min turist itirib.

Bundan əlavə, “Exceltur”un hesablamalarına görə, əgər sazişsiz “Breksit” oktyabrın 31-nə qədər qəti surətdə həyata keçirilsə, onda 2019-cu ilin noyabrından 2020-ci ilin dekabrınadək olan dövrdə İspaniya turizmi 1,407 milyard avro ziyana düşəcək.