XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 May 2015 - 17:29

BMT baş katibi Putinə sevgidən heyrətləndi: ”Elə bildim, xalq sizə qarşı etiraza çıxıb”

BMT sedri.jpg

BMT-nin baş katibi Pan Gi Mun Qızıl Meydanda keçirilən paraddan sonra 100 minlərlə adamın dağılışmadığını görüncə, onların etiraz aksiyasına çıxdığını zənn edib.

Strateq.az bildirir ki, bu barədə BMT baş katibi Vladimir Putinlə görüşündə deyib.

“Paraddan sonra gördüm ki, küçədə 100 minlərlə adam dayanıb. Əvvəlcə düşündüm ki, onlar yəqin sizin hökümətə qarşı etiraz nümayişi keçirirlər. Ancaq şahid oldum ki, onlar sizi alqışlayırlar”-deyə Pan Gi Mun deyib.

BMT baş katibinin sözlərinə görə, Putin xalq məhəbbətini qazanıb. “Onlar sizi fəxrlə salamlayırdılar. Siz öz xalqınızın sevgisini qazanmısınız”-deyə BMT baş katibi vurğulayıb.

Vladimir Putin paraddan sonra 500 min adamın qatıldığı “ölməz polk” aksiyasına rəhbərlik edib. Rusiya prezidenti atasının fotosu ilə irəlidə addımlayıb.