XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

17 Oktyabr 2019 - 09:44

Tramp spikeri ələ saldı:"Onun üçün dua edin, o, çox xəstə insandır!"

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin psixi vəziyyətindən şübhələnib.

Bununla bağlı fikirlərini o, özünün “Twitter”dəki səhifəsində paylaşıb.

“Nensi Pelosiyə təcili kömək lazımdır. Ya onun başında nəsə yerində deyil, ya da o, sadəcə bizim çox gözəl ölkəmizi sevmir. Bu gün onda tamamilə isterika var idi. Buna baxmaq çox ağırdır. Onun üçün dua edin, o, çox xəstə insandır!” – deyə Amerika lideri yazıb.

Tramp həmçinin Suriya üzrə qanunvericilərlə görüşdən fotoları paylaşıb. Kadrlardan birində Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin, ayaq üstə Ağ Evin başçısına nəyi isə sübut etdiyi əks olunur.

“Əsəbi Nensinin isterikası!” – deyə Tramp fotoya rəy yazaraq paylaşıb/Report.