XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

17 Oktyabr 2019 - 11:37

Deputatın oğlu qala divarından yıxılaraq ölüb –Türkiyədə

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili Semih Yalçının oğlu Turan İlteber Yalçın Ankara qalasından yıxılaraq ölüb.

Məlumatı “Hurriyet” yayıb.

Ötən gecə Türkiyə bayrağının olduğu Ankara qalasından iki nəfər yıxılıb. Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb edilib.

Araşdırma zamanı gənclərin 70 metr hündürülükdən düşdükləri məlum olub. Onlar yıxılan zaman qayalara çarpılıblar. Nəticədə gənclərdən bir ölüb, digəri yaralanıb.

Ölən gənc MHP sədrinin müavini Semih Yalçının oğludur. Yaralı gənc dövlət xəstəxanasına yerləşdirilib/Report.