XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2019 - 09:23

“El-Klasiko” təxirə salınıb –Dekabrın 18-nə

İspaniya La Liqasında X turun “Barselona” – “Real Madrid” matçı oktyabrın 26-dan dekabrın 18-nə təxirə salınıb.

Strateq.az-ın məlumatına görə, bu barədə qərarı ötən gün yarışların keçirilməsi üzrə komitə qəbul edib.

Səbəb kimi Kataloniya paytaxtındakı etiraz və çaxnaşmalar göstərilib. Dekabrın 18-i çərşənbə günüdür. Oyunun başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Lakin bəzi İspaniya nəşrlərinin məlumatına görə, oyunun vaxtı tam dəqiqləşməyib. Belə ki, İspaniya Kral Futbol Federasiyası “El-Klasiko”nun dekabrın 18-də keçirilməsini israr etsə də, La Liqa rəhbərliyi görüşün dekabrın 7-də keçirilməsini təklif edir.

Qeyd edək ki, “Barselona” etiraz aksiyaları üzündən artıq bəzi çətinliklər yaşayıb. La Liqada “Eybar”la növbəti matça komanda avtobusla yollanıb.