XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2019 - 19:27

Ərdoğan Trampın hədələyici məktubuna cavab verib:"Zamanı gələndə bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın ona göndərdiyi hədələyici və diplomatik qaydalara zidd formada yazılan məktubuna cavab verib.

R.T.Ərdoğan oktyabrın 18-də Türkiyədə akkreditasiya olunan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib:

“Əlbəttə, Donald Trampın siyasi və diplomatik nəzakətdən uzaq məktubunu unutmamışıq. Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamalıyıq. Zamanı gələndə bu məsələ ilə bağlı lazım olanı həyata keçirəcəyimizi də bildirmək istəyirəm”. (Report)