XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 October 2019 - 19:52

Aİ ölkələri Türkiyəyə qarşı sanksiyalar barədə razılığa gələ bilməyib –Belçikanın baş naziri

Avropa İttifaqı ölkələri keçirdikləri sammitdə Suriyadakı hərbi əməliyyatlar səbəbi ilə Türkiyəyə qarşı tətbiq olunacaq ümumi sanksiyalar barədə razılığa gələ bilməyib.

Bu barədə Avropa Şurasının gələcək rəhbəri, Belçikanın baş naziri Şarl Mişelin bəyanatında deyilir.

“Bəzi səbəblərə görə hazırkı mərhələdə sanksiyalarla bağlı daha da irəliyə getmək mümkün deyil”, – o deyib.

Eyni zamanda Ş.Mişel Aİ-nin Türkiyənin Suriyada əməliyyatlar keçirməsi ilə bağlı aydın mövqeyə malik olduğunu da əlavə edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır. (report)