XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2019 - 22:59

Əfqanıstanda mülki vətəndaşlar arasında ölüm halları rekord saydadır –BMT

BMT-nin Əfqanıstandakı missiyası bildirib ki, ötən rübdə Əfqanıstanda son 10 ildə hər hansı üç aylıq bir müddətdən daha çox insan ölüb.

Cümə axşamı yayılan hesabatda qeyd ediilib ki, bu ilin üçüncü rübündə 1,174 insan ölüb, 3,139 nəfər yaralanıb. Bu isə keçin ilin eyni rübü ilə müqayisədə 42 faiz daha çoxdur.

Ötən rübdə 785 nəfər ölüb, 1,254 insan yaralanıb.

Bunula 2019-cu ilin ilk doqquz ayında ölənlərin sayı 8000-i keçib. BMT-nin Əfqanıstandakı yardım missiyası bildirib ki, ən çox tələfata hökümət-əleyhinə qiyamçılar səbəb olub.

Hesabatda bildirib ki, bu ay ölənlərin 41 faizini qadınlar və uşaqlar təşkil edib. Belə ki, 631 uşaq ölüb, 1830 uşaq yaralanıb.

“Əfqanıstanda döyüşlərin mülki vətəndaşlara vurduğu ziyanlar atəşkəsə və münaqişənin daimi siyasi həllinə aparacaq sülh danışıqlarının vacibliyinə işarə edir. Başqa yol yoxdur” – deyə, BMT-nin baş katinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto bildirib. “Mülki vətəndaşlar arasında tələfat qəbuledilməzdir, xüsusilə də Əfqanıstandakı münaqişəyə hərbi həll yolunun olmadığını nəzərə alanda”, o əlavə edib. (amerikaninsesi.org)