XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

19 Oktyabr 2019 - 13:23

Rusiyada bənd uçub:12 nəfər ölüb, 13 nəfər itkin düşüb

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində 12 nəfər ölüb, 19 nəfər yaralanıb, 13 nəfərin taleyi isə məlum deyil.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qızıl mədəni yaxınlığında su anbarının bəndinin uçması ilə yaranmış dalğanın hündürlüyünün 4 m-dən çox olduğu bildirilib.

FHN-in axtarış və xilasetmə qrupu əraziyə cəlb edilib.