XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2019 - 15:00

Hələbdə bir neçə partlayış törədilib:ölənlər var

Suriyanın Hələb şəhərində bir neçə partlayış törədilib.

Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin şərq hissəsində qeydə alınıb. Partlayışlar Suriya ordusunun Əz-Zarazir ərazisindəki kəşfiyyat qərargahının binası yaxınlığında törədilib.

Telekanal partlayışlar zamanı qurbanların olduğunu istisna etməyib. Lakin hələlik ölənlərin sayı barədə açıqlama verilmir.  /Report