XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

20 Oktyabr 2019 - 21:00

İtaliyada bomba təhlükəsi ilə əlaqədar minlərlə insan təxliyyə edilib –FOTO

İtaliyanın Boltsano şəhərinin mərkəzində 4 mindən çox insan, həmçinin mehmanxanaların təxminən 800 müştərisi İkinci Dünya Müharibəsindən qalan partlamamış bombaya görə təxliyyə edilib.

Bu barədə “Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Boltsanoda yerli hakimiyyətin sərəncamı üzrə “qırmızı zona” yaradılıb.

Bundan başqa, təxminən 60 min şəhər sakini “sarı zona”ya salınıb və onlara bir müddət təhlükəli döyüş sursatının zərərsizləşdirilməsi ilə əlaqədar evlərindən küçəyə çıxmamaq göstərişi verilib. Bundan başqa, bir sıra yollarda, dəmir yol xətlərində hərəkət məhdudlaşdırılıb.

Əməliyyat uğurla başa çatıb və bomba məhv edilib.