XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2019 - 23:56

Çilidə etiraz aksiyası:xəsarət alanların sayı 500 nəfəri ötüb

Çilinin paytaxtı Santyaqonun mərkəzində son sutka ərzində keçirilən və iğtişaşla yekunlaşan etiraz aksiyasının gedişatında 200-dən çox şəxs tibbi yardım məqsədilə xəstəxanalara müraciət edib.

Bu məlumatları ölkənin səhiyyə naziri Hayme Manyaliç verib.

Bundan əvvəl Santiaqo və Valparaisoda keçirilən etirazlar zamanı 314 nəfərin xəsarət alması haqqında məlumat yayılmışdı.

“Son 24 saat ərzində 208 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 32 nəfər paytaxt ərazisindəki xəstəxanalardadır, onlardan 10-nun vəziyyəti ağırdır”.

Nazir, eyni zamanda jurnalistlərə Kolumbiya vətəndaşının güllə yarasından öldüyü barədə də məlumat verib.

Onun ölümünün səbəbləri müəyyənləşdirilir/Report.