XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

05 Mart 2015 - 10:39

Davudoğlu: “Türkiyə Mosulun azad edilməsində iştirak etməyəcək”

“Yalnız o halda cavab verərik ki, Türkiyəyə birbaşa hücum olsun”

Картинки по запросу davutoğlu

Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, onun hökuməti İraqda Mosulun “İslam dövləti” terror qurumunun döyüşçülərindən azad edilməsi üzrə əməliyyatı dəstəkləyir, lakin əməliyyata birbaşa qatılmayacaq.

Strateq.az Türkiyə KİV-ə isnadən bildirir ki, Türkiyənin müdafiə naziri İsmət Yılmaz bu günlərdə onun ölkəsinin İraqa Mosulun İD-dən azad edilməsinə görə logistika və kəşfiyyat sahəsində hərbi yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.

Davudoğlu deyib: “Biz Mosuldakı əməliyyatı dəstəkləyirik, lakin birbaşa döyüşə girməyəcəyik. Yalnız o halda cavab verərik ki, Türkiyəyə birbaşa hücum olsun”.

Baş nazir İraqla bağlı türk xarici siyasətinin izlədiyi dörd hədəfi açıqlayıb: İraqın ərazi bütövlüyü, İraqın quzeyindəki kürd muxtariyyətinə dəstək, İraq türkmənlərinin təhlükəsizliyi, şiələrlə sünnilər arasında toqquşmanın dəf edilməsi. O, əlavə edib ki, Türkiyə bu məqsədlərə çatmaqla İraqın bölgələrində sabitliyə üstünlük verir: “Məsələn, əgər Ərbil işğal edilsəydi, bu bizim üçün milli təhlükəsizlik baxımından problem olardı. Bizim sərhədlərimizə yaxın bölgələr terror təhlükəsi yaratmamalıdır”.