XƏBƏR LENTİ

21 Noyabr 2019
20 Noyabr 2019

Digər Xəbərlər

21 Oktyabr 2019 - 16:49

Nursultan Nazarbayevin səlahiyyətləri artırılıb

Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin imzaladığı fərmanla ölkənin birinci prezidenti, Təhlükəsizlik Şurasının sədri, elbaşı (elbası) ünvanı daşıyan Nursultan Nazarbayevin dövlət idarəçiliyi orqanlarındakı kadr siyasəti sahəsində səlahiyyətləri artırılıb.

Hüquqi sənədlərin informasiya sistemində yerləşdirilən sənədə əsasən, ölkə prezidenti xarici işlər, daxili işlər, müdafiə nazirləri istisna olmaqla nazirləri, habelə baş prokuroru, Milli Təhlükəsizlik Komitəsinin sədrini, Dövlət Qulluğu və Korrupsiya ilə Mübarizə Xidmətinin sədrini, Milli Bank, Respublika Qvardiyası, “Sırbar” Xarici Kəşfiyyat Xidməti, Dövlət Büdcəsinin İcrasına Nəzarət Hesablama Komitəsi, Prezidentin İşlər İdarəsinin rəhbərlərini, vilayətlərin, paytaxt və respublika tabeli şəhərlərin hakimlərini (icra başçıları) təyin edərkən müvafiq namizədliyi N.Nazarbayevlə razılaşdıracaq.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının katibinin də təyinatı bundan belə Prezident Administrasiyasının rəhbərilə yox, şura sədrilə razılaşdırılacaq. (Report)