XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2019 - 21:00

ABŞ-a məxsus sərnişin təyyarəsi təcili eniş edib –KİV

“American Airlines”ə məxsus London – Filadelfiya uçuşunu həyata keçirən “Airbus A330” təyyarəsi salonda kimyəvi maddə sızıntısı səbəbindən Dublin beynəlxalq hava limanına təcili eniş etməli olub.

“Daily Mirror” xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Təmizləyici maddə olduğu ehtimal edilən maddənin sızıntısı salondakı bəzi sərnişinlərin halının pisləşməsinə səbəb olub.

Uçuş heyətinin iki üzvü və sərnişinlərdən biri huşunu itirib və onlar xəstəxanaya aparılıb. (Report)