XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 09:33

ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planı hazırlanır- Pentaqon tərəfindən

ABŞ Müdafiə Nazirliyi son günlər, prezident Donald Trampın müvafiq qərarı olacağı halda, qoşunların Əfqanıstandan tam çıxarılması üçün bir plan hazırlayır.

APA xəbər verir ki, bu barədə bazar ertəsi Pentaqondakı mənbələrə istinadən “NBC” televiziyası məlumat yayıb.

Məlumata görə, Müdafiə Nazirliyi yaxın həftələrdə müvafiq qərar veriləcəyi təqdirdə qoşunların Əfqanıstandan tələsik çıxarılması planı üzərində işləyir. Bildirilir ki, nazirlik ABŞ qoşunlarının çıxarılması əmrinin, Suriya məsələsində olduğu kimi, gözlənilməz şəkildə yerinə yetirilə biləcəyinə hazırlaşır.

Eyni zamanda, “NBC”-nin mənbələri vurğulayır ki, bu anda ABŞ Silahlı Qüvvələrinin çıxarılması ilə bağlı bir prosedurun hazırlanması daha çox profilaktik xarakter daşıyır.

“The New York Times” qəzetinin yazdığına görə, bu, Vaşinqtonun ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını təmin edən radikal “Taliban” hərəkatının nümayəndələri ilə hələ razılığa gəlməməsinə baxmayaraq baş verib. Bundan əlavə, nəşrin Əfqanıstan və Amerika mənbələri tərəfindən məlumatlandırıldığı kimi, bu ölkədəki ABŞ qoşunlarının ümumi sayı tezliklə 8,6 min nəfərə qədər azaldıla bilər.

Bazar günü ABŞ müdafiə naziri Mark Esper Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşdə terrorla mübarizə və ikitərəfli münasibətləri müzakirə edib. Pentaqon rəhbərinin sözlərinə görə, ABŞ bu ölkədə fəaliyyət göstərən terror qruplaşmalarına qarşı mübarizəyə zərər vermədən Əfqanıstandakı kontingentini azaldacaq.