XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2019 - 09:55

Britaniya hökuməti parlamentə yeni qanun layihəsi təqdim edib- "Brexit" haqqında

Böyük Britaniya hökuməti 17 oktyabrda imzalanmış “Brexit” sazişinə əsaslanan yeni “Brexit” qanun layihəsini parlamentə təqdim edib.

APA xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Sənədin bir bəndinə görə, Avropa Birliyi ilə sazişin qəbul edilməsi ilə əlaqədar parlamentdə ayrıca səsvermənin keçirilməsi ilə bağlı zərurətin ləğvi təklif olunur.

Layihədə göstərildiyi kimi, qanun ikinci oxunuşda qəbul edildikdən sonra parlament tərəfindən təsdiq olunmuş hesab ediləcək.

Bildirilir ki, qanun layihəsi ilə bağlı iclas oktyabrın 22-də keçiriləcək.