XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 12:00

Çilidə etirazlar nəticə verdi- Senat metro qiymətlərinin artırılması qərarını ləğv etdi

Çilidə parlamentin yuxarı palatası olan Senat ölkə prezidentinə paytaxt Santyaqoda metro gediş haqlarının artırılması ilə bağlı qərarı ləğv etməyə imkan verən qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının saytında deyilir.

Müvafiq qərarı 39 senator dəstəkləyib. Prezident Sebastyan Pinyera tərəfindən təqdim olunmuş qanun layihəsi bundan bir gün əvvəl Milli konqresin Deputatlar palatasında da 103 səslə təsdiqlənib.

Belə olan halda Nəqliyyat və Telekommunikasiya Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə “maliyyə sisteminin tarazlığını qorumaq və tarifin həqiqi dəyərini kompensasiya etmək üçün resurslar” taparaq müvafiq ali akt hazırlamalı olacaq. Müvafiq tədbir bu il ölkə büdcəsinə təxminən 4,8 milyon dollara başa gələcək.