XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 10:54

Ərdoğan:"Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur"

Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur və onların daxili işlərinə qarışmır.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: “Türkiyənin xaricdə etdikləri tarixi bağlar və qardaşlıq əlaqələri əsasındadır. Bunu “bir damla neftə axıdılan bir damla qandan artıq qiymət verənlər” başa düşə bilməz”.

Türkiyə prezidenti BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda islahatların aparılmasına çağırıb: “Türkiyə terrorçularla haqsızlıq və zorakılıq uğrunda çıxış edənlər arasında fərq qoymur”.

T.Ərdoğan vurğulayıb ki, diplomatiyanı zəifə təzyiq göstərmək baxımından qəbul etmək yolverilməzdir.

Onun sözlərinə görə, “Sülh bulağı” əəməliyyatı başlanandan Qərb ölkələri, əsasən NATO və Aİ Türkiyəyə qarşı çıxdılar: “Türkiyədə 17-18 il hakimiyyətdə olan hakim partiya terrorçularla danışıqlar aparmayıb və aparmayacaq”.