Əfqanıstanın şimalındakı Kunduz vilayətində radikal “Taliban” hərəkatının yaraqlıları ilə toqquşmalarda azı 15 polis əməkdaşı ölüb.
Bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Taliban” yaraqlıları bu səhər Əliabad rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum edib. Səkkiz yaraqlının məhv edildiyi qeyd olunur/Report.