XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2019 - 15:06

Türkiyə ordusu “Barış bulağı” hərəkatında nə qədər itki verib? –Nazirlikdən açıqlama

Türkiyə ordusunun “Barış bulağı” hərəkatında itkiləri açıqlanıb.

Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi Nadidə Şəbnəm Aktop bildirib ki, hərəkat çərçivəsində 160 yaşayış məntəqəsi nəzarətə götürülüb, 2200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Onun sözlərinə görə, hərəkat zamanı Türkiyə ordusunun 7 hərbçisi şəhid olub, 90 hərbçisi isə yaralanıb. Eyni zamanda Azad Suriya Ordusunun 86 üzvü şəhid olub, 325 üzvü isə yaralanıb.

Nazirlik rəsmisi qeyd edib ki, hərbi əməliyyatlarda 775 terrorçu zərərsizləşdirilib. /APA