XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2016 - 13:37

Rusiyadan ABŞ-a yeni hədə: [color=red]”Avropada möhkəmlənmələrinə sərt cavab veriləcək”

"Rusiya ABŞ-ın Avropada öz hərbi mövcudluğunu genişləndirməsinə qarşı cavab tədbirləri görəcək".

Bunu “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Kelin söyləyib.

Onun sözlərinə görə, ABŞ gələcəkdə Avropada öz hərbi mövcudluğunun artırılmasına daha çox maliyyə yardımı ayıracaq(Axar.az).

Qeyd edək ki, ABŞ 2017-ci ildə özünün Avropadakı müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsi üçün 3,4 milyard dollar ayıracaq. Bu rəqəm əvvəllər ayrılan yardımdan 4 dəfə çoxdur. 

Maraqlıdır ki, Rusiya XİN-nin rəsmisi ABŞ-a qarşı hansı sərt tədbirlər görəcəyini açıqlamayıb.

Strateq.az