ABŞ-ın 39-cu prezidenti Cimmi Karter çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.
“Qazeta.Ru” xəbər verir ki, 95 yaşlı C.Karter Corciya ştatındakı evində yıxılıb.
Onun nümayəndəsi sınığın ölçüsünün kiçik olduğunu bildirib.
Qeyd olunur ki, C.Karterin əhval-ruhiyyəsi yaxşıdır və evə qayıtmağı gözləyir.
KİV sabiq prezidentin son aylarda üçüncü dəfə yıxıldığını vurğulayıb. Yazda C.Karter bud-çanaq oynağının dəyişdirilməsi üçün əməliyyat keçirib/Report.