XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2019 - 22:34

İŞİD İraqda fəallaşdı:iki polis generalı ilə 5 mühafizəçi öldürüldü

Bu gün Bağdaddan şimalda İŞİD silahlılarının hücumu nəticəsində İraq federal polisinin iki generalı həlak olub.

Bu barədə Shafaq News portalı ölkənin güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin məlumatlarına əsasən, terrorçuların qurduğu pusquda Federal polisin 4-cü briqadasının komandanı general Əli əl-Lyami öldürülüb.

Onunla birlikdə güc strukturunun daha 6 əməkdaşı – döyüş əməliyyatlarına cavabdeh briqada generalı Məhəmməd Alaui və 5 mühafizəçi də həyatını itirib/Azərtac.