XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 23:50

Britaniya parlamenti “Brexit” haqqında yeni qanun layihəsini qəbul edib –Səsvermə

Britaniya deputatları “Brexit” haqqında yeni qanun layihəsini dəstəkləyiblər.

Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

Qeyd edilir ki, qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İcmalar palatasının 329 üzvü qanunun lehinə səs veriblər. Palatanın 229 üzvü qanun layihəsinə qarşı çıxıb.

Bu, Böyük Britaniyanın baş naziri Boris Conson hökumətinin hakimiyyətə gəlişi anından qələbə qazandığı birinci iclas olub.